Hindistan universitetlərində tədris dayandırılıb


  • 11 Sentyabr 14:18

Hindistanın Manipur əyalətində etirazlar səbəbindən universitetlərdə tədris prosesi dayandırılıb.

E-huquq.az “Hindustan Times”a istinadən xəbər verir ki, bu barədə Hindistanın Ali Təhsil Şurası qərar verib.

Buna səbəb Hindistanın Manipur əyalətində Kuki və Meitei icmaları arasında davam edən iğtişaşlar və etirazlar olub.

Hindistan Xalq Məclisi(Lok Sabha), daxili işlər naziri Amit Şahdan təhlükəsizlik qüvvələrini hərəkətə keçməyə və asayişi bərpa etmək üçün tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, sentyabrın 6-da Manipurun Moiranq rayonunda Kuki icmasının üzvləri tərəfindən həyata keçirilən raket hücumu nəticəsində bir nəfər həlak olub.

Sentyabrın 7-də Kuki icmasından olan hücumçuların Meitei icmasından bir nəfəri öldürməsi ilə əyalətin Jiribam bölgəsində tərəflər arasında silahlı qarşıdurma baş verib.

Polis qarşıdurma və iğtişaşlar nəticəsində ümumilikdə 8 nəfərin öldüyünü açıqlayıb.

Bəzi bölgələrdə komendant saatı elan edilib.

Hökumət internetə çıxışın 5 gün müddətinə bağlandığını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər