Məzmuna keç

Türkiyədə ağır yol qəzası: 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Türkiyənin Malatya şəhərində ağır yol qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, fəhlələri daşıyan avtobus ilə minik avtomobili toqquşub.

Toqquşmanın gücündən nəqliyyat vasitələrindən biri yan üstə aşıb.

Hadisə yerinə təcili yardım qrupları cəlb edilib.

Yaralılar müxtəlif xəstəxanalara aparılıb.

Şəbnəm Mehdizadə