Məzmuna keç

Pakistanda 6 nəfər meymunçiçəyi virusuna yoluxub

Pakistanda 6 nəfər meymun çiçəyi virusuna yoluxub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pakistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Xayber-Paxtunxva əyalətinin Dir rayonunda yaşayan və bir müddət əvvəl Yaxın Şərq ölkələrinin birindən qayıdan şəxsdə meymun (mpox) virusu aşkar edilib.

Həmin şəxs Pişəvər hava limanında tibbi müayinənin nəticəsi müsbət çıxdıqdan sonra karantinə alınıb.

Bununla da ölkədə virusa yoluxanların sayı 6-ya çatıb.

Şəbnəm Mehdizadə