Məzmuna keç

Sudanda vəba epidemiyasından ölənlərin sayı 242-yə çatıb

Sudanda vəba epidemiyasına yoluxanların sayı 6 min 968-ə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda vəba epidemiyası nəticəsində həyatını itirənlərin sayının 242-yə çatdığı qeyd olunub.

Ölkənin 11 əyalətində yağış və daşqınlardan zərər çəkənlərin sayı 250 min 111-ə nəfərə çatıb.

Qeyd edək ki, iyun ayından etibarən Sudanda yağan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.

Sudan hökuməti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Şəbnəm Mehdizadə