Məzmuna keç

Mikroavtobusla traktorun toqquşması nəticəsində 12 nəfər yaralanıb

Türkiyənin Şanlıurfa şəhərində mikroavtobusla traktorun toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şanlurfanın Karaköprü rayonunda baş verib.

Qəzada mikroavtobus sürücüsü və 11 sərnişin yaralanıb.

Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.

Onlardan birinin vəziyyəti ağırdır.

Şəbnəm Mehdizadə