- 9 Oktyabr 23:29
Türkiyənin Malatya və Adıyaman şəhərlərində güclü zəlzələ baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Malatyanın Pütürge rayonunda, yerli vaxtla saat 01.38-də, yerin 9,58 kilometr dərinliyində 4,4 bal gücündə zəlzələ olub.
Adıyaman şəhərində isə yerli vaxtla saat 03.22-də, yerin 7 kilometr dərinliyində 4 bal gücündə zəlzələ baş verib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə