Məzmuna keç

İran-ABŞ danışıqlarının ikinci raundunun vaxtı açıqlandı

"İran ilə ABŞ arasında danışıqların ikinci raundu aprelin 19-da keçiriləcək. Danışıqlar zamanı ABŞ ilə mümkün razılaşmanın çərçivəsi müzakirə ediləcək".

E-huquq.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.

Əraqçi qeyd edib ki, Omanda keçirilən görüşdə ABŞ və İran gələcək danışıqlara sadiqliklərini nümayiş etdiriblər.