İraq məhkəməsi 2 nəfər Fransa vətəndaşına qarşı ölüm hökmü qərarı çıxarıb.
E-huquq.az xəbər verir ki, İŞİD terrorçu qruplaşmasında iştirak etməkdə şübhəli bilinərək saxlanılan fransızların təqsiri sübuta yetirilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Fransa vətəndaşları 3 il ərzində İŞİD terrorçu qruplaşmasının tərkibində döyüşlərdə, həmçinin İraq şəhərlərində törədilən dağıntılarda, qanunsuz edam aksiyalarında iştirak ediblər.
Xatırladaq ki, İraq qanunlarına əsasən, terrorçuluqla məşğul olan şəxslər edam cəzasına məhkum olunurlar.
