Türkiyədə terrorçuluq fəaliyyətində şübhəli bilinən 24 nəfər saxlanılıb


  • 15 Aprel 11:09

Türkiyənin Van şəhərində terrorçuluqda şübhəli bilinən 24 nəfər saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhülkəsizlik qüvvələri tərəfindən terrorla mübarizə çərçivəsində martın 30-dan aprelin 13-dək həyata keçirilən əməliyyatlarda 12 PKK/KCK, 11 FETÖ, 1 digər terror təşkilatının üzvləri saxlanılıb.

Saxlanılan Şübhəlilər barəsində hüquqi prosedurlar başlanılmaqla əməliyyat tədbirləri davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər