Türkiyədə 89 İŞİD terrorçusu saxlanılıb


  • 16 Aprel 11:43

Türkiyənin 17 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir Antalya, İstanbul və Kahramanmaraş da daxil olmaqla 17 vilayətdə keçirilən əməliyyatlarda 89 şübhəlinin tutulduğunu açıqlayıb.

Şübhəlilərin İŞİD terror təşkilatı tərkibində fəaliyyət göstərdikləri məlum olub.

"Terrora qarşı birlik və həmrəylik bizim ən böyük gücümüzdür. Xalqımızın əmin-amanlığını və təhlükəsizliyini təmin etmək üçün əməliyyatlarımızı fasiləsiz davam etdirəcəyik" – deyə nazir əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər