Cari ilin ilk rübündə ölkədə 4154 təbii və texnogen mənşəli hadisə baş verib


  • 19:31

2025-ci ilin I rübündə respublika ərazisində 4154 təbii və texnogen mənşəli hadisə baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

2024-cü ilin I rübü ilə müqayisədə 866 hadisə və ya 26% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 20 nəfər həlak olub, 85 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 18 nəfər xilas edilib, 229 nəfər təxliyə olunub.

Oxşar xəbərlər