Bu ilin ilk rübündə yanğın hadisələri zamanı 16 nəfər həlak olub


  • 13 May 20:00

2025-ci ilin I rübündə Azərbaycanda baş vermiş yanğın hadisələrinin 403-ü ilə bağlı təhqiqat aparılıb.

E-huqq.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 54 nəfər xəsarət alıb. Bu da 2024-cü ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 16%, xəsarət alanlar üzrə 34 nəfər və ya 39% azdır.

Oxşar xəbərlər