Məzmuna keç

Gəncədə ağır xəsarətlə xəstəxanaya çatdırılan şəxs ölüb

Gəncə şəhərində ağır xəsarətlərlə xəstəxanaya gətirilən şəxs orada ölüb.

E-huquq.az-ın məlumatına görə, 18 yaşlı Elgün İbrahimov kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

E.İbrahimovun döyülərək öldürülməsində şübhəli bilinən şəxs və şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.