Tərtərdə boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edildi - YENİLƏNDİ


  • 3 Avqust 22:22

Tərtər rayonu ərazisində boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

E-huquq.az xəbər verir ki, dörd nəfər Cəmilli kəndi ərazisində çimmək məqsədilə Suqovşan-Goranboy magistral su kanalına düşüblər.

Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Ərazidə olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib.

Dördüncü şəxs, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğlunun cansız bədəni beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb.

Qeyd edək ki, Hüseynov Natiqin qardaşı Hüseynov Adil 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.

***

Tərtərdə kanalda batan Bərdə sakinlərindən biri, 1994-cü təvəllüdlü Hüseynov Natiq Namiq oğlunun meyti tapılaraq sudan çıxarılıb.

E-huquq.az xəbər verir ki, meyit beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb.

Hazırda meytin aidiyyatı üzrə təhvil verilmə prosesi aparılır.

***

Tərtərdə 3 nəfər su kanalında itkin düşüb.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Bərdənin 4 sakini çimmək üçün Suqovuşan-Goranboy beton su kanalına düşüblər. Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Kənd sakinləri kanalda boğulmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas ediblər, o, təcili yardım maşını ilə rayon xəstəxanasına göndərilib. Bir nəfərin isə öldüyü bildirilir. Digər 2 şəxsdən isə xəbər yoxdur.

Hazırda hüquq-mühafizə əməkdaşları hadisənin baş verdiyi ərazidədirlər.

Mənbə: Report

Oxşar xəbərlər