- 00:21
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunun Dəvəçi kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
E-huquq.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yol kənarında 2 ha sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
***
23.16
Şabran rayonunun Dəvəçikənd kəndi ətrafında, Bakı Quba yolunun kənarında güclü yanğın baş verib.
E-huquq.az xəbər verir ki, axşam saatlarında biçilmiş əkin sahələri alışıb, güclü külək səbəbilə yanğın geniş əraziyə yayılıb, kol-kos yanıb.
Əraziyə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Hazırda yanğının tam məhdudlaşdırılması üçün tədbirlər görülür.