Tovuzda zəhərlənən şəxslərin kimliyi bilindi - YENİLƏNDİ


  • 20 Avqust 23:33

Tovuz rayonunda qidadan zəhərlənən şəxslərin kimliyi məlum olub.

E-huquq.az xəbər verir ki, 2021-ci il təvəllüdlü Ramil Tağıyev, onun qardaşı 2024-cü il təvəllüdlü Kamal Tağıyev, həmçinin 2002-ci il təvəllüdlü Nurtac Tağıyeva və 2010-cu il təvəllüdlü Eltac Tağıyev qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, həmin şəxslərin dönərdən zəhərləndiyi ehtimal olunur. Hadisənin rayonun Əyyublu kəndində baş verib.

***

23;02

Tovuz rayonunda dönərdən zəhərlənmə faktı qeydə alınıb.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.

İlkin məlumata görə, bir neçə nəfər dönərdən zəhərlənib. Həmin şəxslər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Oxşar xəbərlər