- 20:03
Ağdərədə baş verən yanğın zamanı mina partlayışı nəticəsində bir yanğınsöndürən yaralanıb.
E-huquq.az xəbər verir ki, Ağdərə şəhəri yaxınlığındakı dağlıq ərazidə yerləşən meşə massivində baş verən güclü yanğın zamanı mina partlayışları müşahidə olunub.
Partlayış nəticəsində yanğınsöndürən əməkdaş Babək Zeynalov xəsarət alıb. Yaralıya ilkin tibbi yardım göstərilib və onun Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılması təmin olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.