Astarada oğul anasını qətlə yetirdi - YENİLƏNDİ


  • 20:17

Avqustun 22-də saat 15 radələrində Astara şəhər sakini 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Murad Kazımzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Məhəbbət Qasımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. M.Kazımzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***

18:31

Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin regional qrupundan e-huquq.az-a bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu, 1999-cu il təvəllüdlü Murad Kazımzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Oxşar xəbərlər