Naxçıvanda avtomobil aşdı, 2 nəfər xəsarət aldı


  • 14 Sentyabr 23:49

Naxçıvanda avtomobil aşıb, 2 nəfər xəsarət alıb

E-huquq.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisində baş verib.

75-CB-211 dövlət nömrə nişanlı "KIA" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü, 1998-ci il təvəllüdlü Qələndərov Azər Asəf oğlu və sərnişin, 2003-cü il təvəllüdlü Əliyeva Sevinc Hüseyn qızı xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

  • 14 Sentyabr 10:57
Binəqədidə obyekt yandı