Masazırda kişini tok vurdu - Araşdırma aparılır


  • 13:03

Abşeron rayonunun Masazır qəsəbəsində şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-də Masazır qəsəbəsində fərdi yaşayış evinin həyətində iş görən zaman elektrik cərəyanı vurması nəticəsində 1968-ci il təvəllüdlü Davud Cavadovun vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

  • 14 Sentyabr 10:57
Binəqədidə obyekt yandı