Məzmuna keç

Gəncədə yol qəzası baş verib –

Gəncədə yol nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, sərnişin daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub.

Qəza zamanı 1961-ci il təvəllüdlü Rəna Zeynalova, Vətən Müharibəsi qazisi 1992-ci il təvəllüdlü Taleh Ələkbərov və 1987-ci il təvəllüdlü Səxavət Mikail-Zadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanalıb