Kürdəmirdə ağır qəza baş verib, ölən və xəsarət alan var


  • 08:26

Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişinlərdən 1988-ci il təvəllüdlü Kürdəmir rayon sakini Məmmədov Fuad Etibar oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişin - 1990-cı il təvəllüdlü Nuriyev Coşqun Cavid oğlu isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Avtomobilin sürücüsü isə qəzadən xəsarət almadan qurtulub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər