Gəncədə 20 yaşlı şəxs tanışı tərəfindən bıçaqlanıb


  • 00:01

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Köçəri Zamanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Daha sonra o, digər bir tibb müəssisəsinə təxliyə edilib.

İlkin məlumata görə, adıçəkilən şəxs mübahisə zamanı tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma başlanılıb

Oxşar xəbərlər