- 00:01
Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
E-huquq.az xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Ford Fusion" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozan sürücü C. Məlikova “saxla” işarəsi verilib. Sürücünün davranışları şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinə zamanı C.Məlikovun narkotik vasitə qəbul etdiyi aşkar olunub.
Faktla bağlı sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C. Məlikovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, həmin şəxs bu ilin fevral ayında da analoji qayda pozuntusuna yol verib. O zaman da narkotik vasitənin təsiri altında sükan arxasına keçdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində tənbeh tədbiri görülmüşdü.