Məzmuna keç

Bakıda sexin döşəməsi çökdü –

Bakı şəhərinin Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyeva sentyabrın 17-də döşəmənin sınması səbəbindən vəfat edib.

E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, sözügedən şəxs binanın 2-ci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmənin sınması səbəbindən binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

***

Bakının Binəqədi qəsəbəsi ərazisində yerləşən qənd sexinin taxta döşəməsi çöküb.

E-huquq.az xəbər verir ki, hadisə sentyabrın 17-də baş verib.

Çökmə nəticəsində orada xadimə işləyən Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq ölüb.

Araşdırma aparılır.