Şəmkirdə yol qəzasında ata və oğlu xəsarət aldı


  • 21:30

Şəmkirdə yük avtomobilinin digər maşınla toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, "Qazel" markalı yük maşınının minik avtomobili ilə toqquşması zamanı 1985-ci il təvəllüdlü Hüseyn Namazov və onun oğlu 2009-cu il təvəllüdlü Nəbi Namazov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Oxşar xəbərlər