Bakı metrosunda həyəcan - Sərnişin eskalatordan yıxıldı


  • 17:51

Bu gün günorta saatlarında Bakı metropoliteninin “Sahil” stansiyasında həyəcanlı anlar yaşanıb.

E-huquq.az-ın məlumatına görə, sərnişinlərdən biri eskalatordan yıxılıb və bu hadisə sərnişinlər arasında təşvişə səbəb olub.

"Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 19-da saat təxminən 14:15 radələrində Bakı metropoliteninin “Sahil” stansiyasında sərnişin yuxarı doğru hərəkət edən eskalatora minərkən, eskalatordan istifadə qaydalarına riayət etmədiyindən müvazinətini saxlaya bilməyib və yıxılıb.

Qeyd olunub ki, dərhal eskalator dayandırılıb, stansiya işçiləri və polis əməkdaşları hadisə yerinə yaxınlaşıb, sərnişinə ilkin yardım göstərilib və təcili tibbi yardım briqadası çağırılıb.

"60 yaşlı kişi sərnişinə təcilii yardım briqadası müvafiq tibb yardım göstərib", - deyə məlumatda bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər