Bakıda və Zaqatalada avtomobil yandı


  • 13:45

Bakının Xəzər rayonunda yanğın olub.

Fövqəlaqdə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Xəzər rayonunda "Mercedes" markalı yük avtomobilinin qoşqusunun 1 ədəd təkəri yanıb.

Avtomobil və qoşqusu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Zaqatala rayonunun Danaçı kəndində “BA3” markalı minik avtomobilinin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər