Qaxda ikimərtəbəli evdə yanğın oldu


  • 14:30

Qax rayonunda ikimərtəbəli evdə yanğın olub.

Fövqəlaqdə Hallar Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, Qax rayonunun Qaradolaq kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı və çardağı 3 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər