- 17:01
Azərbaycanda ötən gün polis narkotiklərlə bağlı bir sıra əməliyyat tədbirlər keçirib.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Mılumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 19-da ümumi çəkisi 14,1 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.