- 22:04
Ağcabədidə yol qəzasında iki nəfər ölüb.
E-huquq.az xəbər verir ki, Aran qəsəbəsi–Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonu Qaradolaq kəndi ərazisindən keçən hissəsində “QAZel” və “VAZ-21015” markalı nəqliyyat vasitələri toqquşub.
Hadisə nəticəsində Orxan Vəliyev və Türkan Vəliyeva həyatın itirib. 1972-ci il təvəllüdlü Elsevər Vəliyev isə xəsarət alıb.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.