Sumqayıtda avtomobilin vurduğu piyada ölüb


  • 20 Noyabr 23:28

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb.

1970-ci il təvəllüdlü Yaqub Əhədovu minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər