- 20 Noyabr 23:28
Azərbaycan Uşaqlar Birliyinin sığıncağına yerləşdirilən yeniyetmə itkin düşüb.
E-huquq.az xəbər verir ki, bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, yeniyetmə təhsil aldığı müəssisəyə gedib və geri qayıtmayıb. Hadisə ilə bağlı polisə məlumat verilib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Qeyd edək ki, bu gün “Təmiz Dünya” Qadınlara Yardım İB-nə məxsus sığınacaq mərkəzində 16 yaşlı Nurcan Cəfərova binadan yıxılaraq ölüb.
Valideyninin ondan imtina xəbərini alan yeniyetmənin intihar etdiyi bildirilir.