- 14:44
Bakının Babək prospektindəki avtomobil təmiri sexlərindən birində yanğın olub.
FHN-dən e-huquq.az-aa bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 450kv.m. olan avtomobil təmiri sexində təmirə dayanmış “Porsche” markalı minik avtomobilində baş vermiş yanğının genişlənərək digər avtomobillərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları yanıb.
Avtomobil təmiri sexi və sexdə yerləşən digər avtomobillər yanğından mühafizə olunub.