Şəmkirdə qardaş bacısını bıçaqlayıb


  • 25 Noyabr 22:54

Şəmkir rayonunun Çinarlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, qəsəbə sakini, 1990-cı il təvəllüdlü M. Nəbiyeva bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub və vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 35 yaşlı qadını onun qardaşı 20 yaşlı N. Musayev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Hadisəyə səbəbin qadının ofisiant olaraq işləməsi olduğu deyilir. Qadın elə çalışdığı kafenin qarşısında bıçaqlanıb.

Hadisəni törədən 20 yaşlı N.Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

Oxşar xəbərlər

  • 25 Noyabr 10:12
Ağstafada ev yanıb