Şərurda 75 yaşlı qadını yük maşını vurub


  • 27 Noyabr 23:18

Şərurda 75 yaşlı qadını yük maşını vurub.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Gümüşlü kəndində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Yusif Əliyev idarə etdiyi "Maz" markalı yük avtomobilini geriyə sürərkən 1950-ci il təvəllüdlü İsmayılova Leyla Hüseyn qızını vurub.

75 yaşlı qadın hadisə nəticəsində dünyasını dəyişib. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər