Şirvanda beşmərtəbəli yaşayış binasında yanğın oldu


  • 21:21

Şirvan şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər