Goranboyda yetkinlik yaşına çatmayan qızın nişanı dayandırıldı


  • 28 Noyabr 22:45

Goranboyda 17 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb.

E-huquq.az xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən mərasimin qarşısı alınıb və hər iki tərəfin valideynləri izahat üçün polis şöbəsinə dəvət olunublar.

Onlarla profilaktik söhbət aparılıb və qanunvericiliyin tələbləri izah edilib.

Oxşar xəbərlər