Kəlbəcərdə açıq ərazidə yanğın baş verdi - YENİLƏNDİ


  • 28 Noyabr 23:48

Kəlbəcər rayonu Qalaboynu, Qaraxançallı, Şəkaram və Çovdar kəndləri ərazisində açıq örüş-otlaq sahələrində yanğınla bağlı Kəlbəcər Polis Şöbəsinin əməkdaşları əraziyə cəlb olunublar.

Bu barədə e-huquq.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Yanğın zonasının nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

***

23:23

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefom xəttinə Kəlbəcər rayonu, Qalaboynu kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması və relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər