- 1 Dekabr 18:45
Bakıda avtobus piyadanı vuraraq öldürüb.
E-huquq.az-ın xəbərinə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Binə Atçılıq yaşayış massivində qeydə alınıb.
Belə ki, Samir Loğman oğlu Mamedovun idarə etdiyi "Daewoo" markalı avtobusla hərəkətdə olan zaman yolu keçən piyada Vurğun Cəlil oğlu Əliyevi vurub. Nəticədə piyada aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.