Gəncədə məhkumun həbsindən əvvəl gizlətdiyi silah-sursat aşkarlandı


  • 10:19

Gəncədə məhkumun həbsindən əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb.

Bu barədə e-huquq.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Gəncə şəhərində, dəmiryolu xəttinin yanındakı tikilidə gizlədilmiş 1 ədəd "TT" markalı tapança, 1 ədəd tapança darağı, 5 ədəd 7,62 kalibrli tapança patronu, 4 ədəd 7,62 kalibrli avtomat patronu, 1 ədəd "F-1" markalı əl qumbarası və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

  • 29 Noyabr 21:23
Salyanda mağaza yandı