Bakı sakini dəm qazından boğuldu


  • 2 Dekabr 10:22

Bakı sakini dəm qazından boğularaq ölüb.

E-huquq.az xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Orxan Bayramov yaşadığı Qaraçuxur qəsəbəsindəki evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər