- 11:57
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş Xocavənd rayonunun Aşağı Veysəlli kəndi ərazisində bu gün baş vermiş mina partlayışı barədə birgə məlumat yayıblar.
E-huquq.az xəbər verir ki, məlumatda qeyd olunur:
"1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tank əleyhinə minaya düşərək həlak olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!"
***
20:59
Füzuli rayonunda mina partlayıb, ölən var.
E-huquq.az xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.
Məlumata görə, Ağdam rayonu sakini, 1968-ci il təvəllüdlü çoban Hacıyev Ramil Maşallah oğlu ərazidə atla hərəkətdə olarkən minaya düşüb.
Nəticədə çoban ölüb, atı isə tələf olub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo