- 12:24
Məşhur aktyor və döyüş sənəti ustası Çak Norris 86 yaşında vəfat edib.
E-huquq.az xəbər verir ki, bu barədə onun ailəsi instaqram hesabında paylaşım edib.
Bildirilib ki, Norris yaxınlarının əhatəsində, sakit şəkildə vəfat edib.
Qeyd edək ki, Norris həyatı boyu sağlam həyat tərzi və fitnes rejimini qoruyub. Hətta bu ayın əvvəlində doğum gününü sparrinq partnyoru ilə boks edərək qeyd edib.
50 illik karyerası ərzində “Əjdahanın yolu”, “Tənha Qurd Makkuade”, “Aksionda itkin düşmüş”, “ABŞ-nin işğalı” və “Delta üüvvəsi” kimi kult filmlərdə rol alan Norris son olaraq “Xərclənənlər 2” filmində ekranlara qayıdıb.
Xatırladaq ki, o, dünən Havay adalarında istirahət edərkən qəfil səhhəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.