Məzmuna keç

Qaxda 54 yaşlı kişi hamamda yıxılaraq öldü

Qax şəhərində 54 yaşlı kişi hamamda yıxılaraq ölüb.

E-huquq.az xəbər verir ki, hadisə fərdi yaşayış evlərinin birində baş verib.

Belə ki, şəhər sakini – 1972-ci il təvəllüdlü Cəfərov Elxan Sabir oğlu yaşadığı mənzilin hamam otağında yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.