- 25 May 09:04
Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.
E-huquq.az xəbər verir ki, dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır qiymətləndirilir.
Qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti isə stabil qiymətləndirilir.
Qeyd edək ki, bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.
***
10:58
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
E-huquq.az "Report"a istinadən xəbər verir ki, xəsarət alanlar Sumqayıt şəhər sakinləridir.
Xəsarət alanlar 2004-2018-ci il təvəllüdlü şəxslərdir:
2004-cü il təvəllüdlü Məmmədzadə Fatimə Telman qızı,
2006-cı il təvəllüdlü İsgəndərli Fatimə Camal qızı,
2015-ci il təvəllüdlü Bayramlı Nailə Saleh qızı,
2018-ci il təvəllüdlü Qasımov Aylin Rahid qızı,
2015-ci il təvəllüdlü Hüseynzadə İsa Taleh oğlu,
2014-cü il təvəllüdlü Təhməzli Ömər Rəşad oğlu,
2016-cı il təvəllüdlü Əliyeva Ayla Roman qızı,
2009-cu il təvəllüdlü Orucov Nicat Vüqar oğlu,
2013-cü il təvəllüdlü Əsədli Duyğu Nəriman qızı,
2013-cü il təvəllüdlü Həsənli Yusif Niyazi oğlu,
2008-ci il təvəllüdlü Məmmədova Aylin Ramin qızı xəsarət alıb.
***
21 mart, 23:56
Sumqayıt şəhərində bayram tonqalında baş verən partlayış nəticəsində xəsarət alanlarən sayı 11-ə çatıb.
Bu barədə e-huquq.az-a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, 21.03.2026-cı il tarixində saat 21:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalında güclü partlayış səbəbilə çağırış qeydə alınıb.
Məlumata görə, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Eyni zamanda 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir", - deyə qeyd olunub.
***
22:54
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.
FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.