Şirvan sakini kimyəvi maddədən zəhərlənərək öldü


  • 11:39

Şirvan sakini kimyəvi maddədən zəhərlənərək ölüb

E-huquq.az xəbər verir ki, Şirvan sakini, 1965-ci il təvəllüdlü Mənəfova Sevil Mirağa qızı yüksək konsentrasiyalı sirkə – “essensiya” turşusundan zəhərlənmə, ağız, boğaz, qida borusu və mədənin kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Oxşar xəbərlər