Şəmkirdə iki qəza olub, xəsarət alanlar var


  • 20:49

Şəmkirdə iki ayrı yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

E-huquq.az-ın məlumatına görə, ilk qəza Şəmkir–Gədəbəy yolunun rayonun Qasımalıllar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə rayonun Yeni Həyat kəndində baş verib. Hərəkətdə olan “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində daha 2 nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Hər iki hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər