Tərtərdə ağır yol qəzası: 2 qardaş öldü


  • 09:49

Tərtərdə ağır qəza olub.

E-huquq.az-ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində baş verib. Belə ki, ağır yol qəzası nəticəsində 1958-ci il təvəllüdlü Nəsrəddin Ağayev və qardaşı 1971-ci il təvəllüdlü Yunus Ağayev ölüb.

1991-ci il təvəllüdlü Ağayev Sənan və Aslanova Könül müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar ilkin tibbi yardımdan sonra Gəncədəki xəstəxanalardan birinə göndərilib.

Fakt araşdırılır.

Oxşar xəbərlər