Gəncədə evdə yanğın olub, bir nəfər ölüb


  • 11:02

Gəncədə yanğın hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğın zamanı ev sahibi 1960-cı il təvəllüdlü Z.Məmmədov tüstüdən zəhərlənərək ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər